“Neftçi” rəhbərliyi əvəzedici komandanın baş məşqçisi Mahmud Qurbanova yeni müqavilə təklif etməyi düşünür.

Rekord.az-ın əldə etdiyi məlumata görə, böyük ehtimalla Qurbanov daha 2 il “ağ qaralar”ın sıralarında olacaq.

Qeyd edək ki, veteran futbolçunun rəhbərlik etdiyi “Neftçi-2” hazırda 43 xalla “Zaqatala” ilə birlikdıə zirvəni bölüşür.