Cari mövsüm avrokuboklardakı oyunları zamanı “Neftçi”nin heyətində ən zəiflərdən biri kimi Mbodju göstərmək olar.

Rekord.az xəbər verir ki, həm “Dinamo”, həm “Olimpiakos”, həm də HİK-lə oyunlkarda bu müdafiəçinin kobud səhvlərinin şahidi olduq.

Təsadüfi deyil ki, əksəriyyət məhz bu cür müdafiəçini oynatdığı üçün Samir Abasovu qınadı. Əslində Abasov özü də sözügedən futbolçunun hazırlıq səviyyəsindən tam razı deyil. Hələ ötən mövsüm başa çatandan onun yerinə yeni müdafiəçi axtarışı da olub. Lakin danışıq aparılan əcnəbilərin maliyyə şərtləri yüksək olduğu üçün “Neftçi” məcburiyyətdən Mbodju saxlamalı olub.