“Neftçi” Futbol Akademiyasının müqavilə müddəti başa çatan direktoru Mik Benetlə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

"Neftçi” PFK-nın prezidenti Kamran Quliyev ingiltərəli mütəxəssislə görüşərək xidmətlərinə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.