"Neftçi" "Keşlə"nin və Azərbaycan millisinin müdafiəçisi Azər Salahlını heyətinə qatmaq istəyir.

Rekord.az xəbər verir ki, indiki klubu ilə olan müqaviləsinin müddəti başa çatacaq Azərin azad agent statusu ilə heyətə qatılması planlaşdırılır.

Tərəflər indilik müqavilənin şərtlərini müzakirə etməsələr də, futbolçunun özünün də "xalq komandası"nın planından xəbəri var və o, şəxsən ağ-qara formanı geyinməkdə maraqlıdır. (fanat.az)