"Neftçi" Mirabdullanı "Keşlə"yə buraxmadı
- 08 Yan 2020 15:00
- 817
"Səbail"dən ayrılan Mirabdulla Abbasov yenidən "Neftçi"yə qayıdıb.
Rekord.az xəbər verir ki, əslində onun "Keşlə"yə keçidi gözlənilirdi.
Daha doğrusu, Tərlan Əhmədov Mirabdullanı öz sərəncamında görmək istəyirdi. Lakin son anda "Neftçi" Abbasovu saxlamaq qərarına gəldi. Həm yerli olduğu üçün həm də Dationun getmək ehtimalının olması səbəbindən.