“Neftçi” klubu futbolçusu Anton Krivotsyukla müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi ilə müqavilənin müddətini 1 illik uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu 2022-ci ilin mayın 31-dək “ağ-qaralar”ın formasını geyinəcək.

Krivotsyuk bu mövsüm 24 oyunda meydana çıxıb, 4 qola imza atıb.