Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki,  Yüksək Liqasında I dövrəsi çərçivəsində "Neftçi" dübutant "Ekspress"lə üz-üzə gəlib.

FHN-nin İdman-Sağlamlıq Kompleksində baş tutan görüş birincilərin qələbəsi ilə yekunlaşıb.  "Neftçi" ilk hissəni 25:18 hesabı ilə aktivinə yazıb. İkinci set də onların üstünlüyü ilə keçib. "Express" bu dəfə 20:25 hesabı ilə uduzub. 

Üçüncü hissə isə daha tez başa çatıb. "Neftçi" 25:8 hesabı ilə qalib gələrək, matçın hesabını müəyyənləşdirib - 3:0.

Çempionatda ikinci qələbəsini qazanan “Neftçi” 6 xalla liderliyə yüksəlib. "Ekspress" isə ilk oyununu xalsız bitirib.