Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında iki matç keçirilib. "Rekord.az" xəbər verir ki, I dövrə çərçivəsində təşkil olunan qarşılaşmalar FHN-nin İdman-Sağlamlıq Kompleksində oynanılıb. 

İlk matçda “Neftçi” və MOİK üz-üzə gəlib. Oyun birincilərin üstünlüyü ilə başlayıb. Bunun nəticəsi olaraq, “Neftçi” ilk iki hissəni müvafiq olaraq, 25:22 və 25:19 hesabı ilə aktivinə yazıb. Daha sonra MOİK 25:21 hesablı qələbə ilə fərqi azaldıb -2:1. Lakin növbəti set sonuncu olub. Bu dəfə rəqibini 25:13 hesabı ilə məğlub edən “Neftçi” 3:1 hesabı ilə qalib gəlib. 

Ardınca “Xilasedici” “Sərhədçi” ilə gücünü yoxlayıb. Lider komanda bu rəqibinə də şans verməyib. Onlar 3:0 (25:16, 25:17, 25:10) hesabı ilə qələbə qazanıblar. 

Nəticədə “Xilasedici” 4 görüşdən sonra 12 xalla liderliyini möhkəmlədib. 3 xal qazanan “Neftçi” isə onlardan 3 xal geri qalır və 2-ci pilləyə qalxıb. 

“Sərhədçi” 4 oyundan sonra hələ xal qazanmayıbsa, eyni sayda matç keçirən MOİK 4 xalla 5-cidir.