"Neftçi" daha bir futbolçuya yeni müqavilə təklif edib.

Rekord.az-a daxil olan məlumata görə söhbət Anton Krivatsyukdan gedir.

Azərbaycan pasportu olduğu üçün yerli oyunçu statusunu daşıyan Krivatsyuk hazırda "ağ qaralar"ın əsas heyət oyunçularından sayılır.