“Neftçi” PFK müdafiəçi Solomon Kvirkveliya ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Rekord.az xəbər verir ki, 31 yaşlı gürcü futbolçuya təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

2022-ci ilin iyulunda “Neftçi”yə transfer olunmuş Kverkveliya bu müddət ərzində 42 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.