Xəbər verdiyimiz kimi, “Neftçi” yanvarın 11-dən etibarən təlim-məşq toplanışına start verib və bu müddətdə komanda “Hyatt Regency ” otelində məskunlaşıb.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi burada 10 gün qalacaq.

Bu müddətdı isə rəhbərlik komanda ilə bağlı bəzi qadağalar qoyub. İlk növbədə “Neftçi” üçün ayrıca mərtəbə sifariş olunub və o mərtəbədə klubdan başqa heç bir kənar şəxs olmayacaq. Bundan başqa, media ilə ünsiyyətə də qadağa qoyulub. Yəni hansısa media əməkdaşının otelə gedib futbolçularla ünsiyyət qurmasına icazə verilməyəcək. Hətta klubun öz rəsmi tv-si olan “Neftçi” TV-ə də həmin mərtəbəyə qalxmaq qadağan edilib. “Neftçi” TV hansısa görüntü və süjet hazırlamaq istəsə, bunun üçün yalnız otelin 1-ci mərtəbəsində aylırılmış kiçik məkanda bunu edə bilər. Bir sözlə, rəhbərlik otelin daxilində belə, futbolçuları izolyasiya edib.