"Neftçi" növbəti əcnəbi futbolçu transferini həyata keçirib.

Rekord.az xəbər verir ki, klubdan sportinfo.az-a verilən məlumata görə, portuqaliyalı mərkəz müdafiəçi Hugo Bastosla iki illik anlaşma əldə edilib.

Karyerası yalnız öz ölkəsi ilə bağlı olan 28 yaşlı müdafiəçinin son klubu "Estoril" olub. O, burada son mövsüm 31 oyunda meydana çıxıb və 3 dəfə fərqlənməyi bacarıb.

Xatırladaq ki, Hugo Basto "Neftçi"nin yay fasiləsində Harramiz Soares, Meza Kolli və Xəyal Nəcəfovdan sonra etdiyi 4-cü transferdir.