I Divizionda mübarizə aparan "Neftçi-2" bu mövsümdən ev oyunlarını hələ də təmiri tam başa çatdırılmayan Türk Hava Yolları Futbol Mərkəzində keçirəcək.

Rekord.az xəbər verir ki, klubun öz bazasını seçməkdə məqsədi büdcəyə qənaətdir.

Belə ki, ev oyunlarını başqa stadionda keçirən və buna görə icarə haqqı ödəyən "ağ qaralar" divizionun səviyyəsini də göz önünə alaraq ev oyunlarını elə öz bazalarında keçirməyə qərar verib.