Azərbaycanın Avropa Liqasında mübarizəni davam etdirən yeganə klubu “Neftçi”nin bu turnirdəki növbəti rəqibi bəlli olub.

Rekord.az xəbər verir ki, Bakı klubunun 2-ci təsnifat mərhələsində qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.

1-ci təsnifat mərhələsində “Şkupi”ni (Şimali Makedoniya) evdə 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisinin növbəti rəqibi “Qalatasaray” (Türkiyə) olacaq. Bu mərhələnin qarşılaşmaları sentyabrın 17-də baş tutacaq. “Neftçi” Türkiyə nəhəngini Bakıda qəbul edəcək.

Qeyd edək ki, sentyabrın 1-də Avroliqanın 3-cü təsnifat mərhələsinin də püşkü atılacaq.