"Neftçi" cari mövsümün sonunda qapıçısı Kamran İbrahimovu icarəyə verə bilər.

Rekord.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.

Bununla belə, Abasov 22 yaşlı qolkiperə güvəndiklərini bildirib: "Onun haqqında da fikirləşirik. Komanda sayı çox olsa, icarə məsələsi gündəmə gələ bilər.

Yaxud da yayda toplanış üçün vaxtımız olsa, Kamrana daha çox şans vermək, güvənmək istəyirik".