Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Rekord.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sabah” - “Zirə” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Keşlə” - “Qəbələ” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Kolli “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimələnib.

“Səbail” – “Sumqayıt” oyununda “Səbail”in futbolçusu Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.

“Neftçi” – “Qarabağ” oyununda hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimələnib. Matçdan sonra mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmadığına görə meydan sahibi klub 800 manat cərimələnib. Dəhlizə “A buraxılışı” olmayan şəxslər daxil olduğu üçün meydan sahibi klub 800 manat cərimələnib. “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib. “Qarabağ”ın mühafizəçiləri Əsasnamədə onlar üçün qadağan edilmiş stadion ərazisinə daxil olduqlarına görə klub 800 manat cərimələnib.