![photo](https://www.rekord.az/storage/uploads/5/premyer-liqa.png)
“Neftçi” - “Qarabağ” matçının hakim təyinatları açıqlandı
- 18 May 2021 21:43
- 705
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün sonuncu - 28-ci turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Səbail” “Sumqayıt” oyunu Rəşad Əhmədova, “Sabah” – “Zirə” matçı Əliyar Ağayevə, “Keşlə” – “Qəbələ” qarşılaşması isə Rəvan Həmzəzadəyə həvalə olunub.
Mövsümün çempionunu müəyyənləşdirəcək “Neftçi” – “Qarabağ” oyununa isə Elçin Məsiyev təyinat alıb.
Azərbaycan Premyer Liqası
28-ci tur
19 may
“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASCO Arena”, 18:00.
“Sabah” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Masazır. “Bank Respublika Arena”, 18:00.
“Keşlə” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASK Arena”, 18:00.
“Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev).
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Dalğa Arena”, 20:30.