Azərbaycan Premyer Liqasının 10-cu turunda “Neftçi” “Qarabağ”ı qəbul edəcək.

Rekord.az xəbər verir ki, 8-ci km stadionunda keçiriləcək qarşılaşmanın biletləri bu gün satışa çıxarılacaq. Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara 1 AZN təşkil edəcək biletləri saat 15:00-dan etibarən 8-ci km stadionunun kassalarından əldə etmək mümkün olacaq.