
“Neftçi” – “Qarabağ” oyunu ilə bağlı qərarlar açıqlandı
- 19 Fev 2025 16:00
- 74
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 23-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 47-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 4 nömrəli futbolçusu İqor Ribeyro rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz-Naxçıvan” 1000 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” klubu 1000 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununun 22-ci dəqiqəsində “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Qarabağ” klubu 1500 manat cərimə edilib.
“Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 1000 manat cərimə edilib.