Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Qəbələ” ilə “Neftçi” üz-üzə gəlib. Ötən tur liderliyi əldən verən paytaxt təmsilçisi çətin səfərdən qələbə ilə dönməyə çalışıb. Dörd qolluq oyunda qalib müəyyənləşməyib.

Günün digər matçında çempionatın iki autsayder komandası – “Sabah” və “Səbail” komandaları qarşılaşıb. Bu oyun da heç-heçə yekunlaşıb.

Turun qalan iki oyunu sabah keçiriləcək. “Zirə” “Keşlə”ni, “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək

Azərbaycan Premyer Liqası
22-ci tur

10 aprel

“Qəbələ” – “Neftçi” 2:2
Qol: C.Adeniyi, 54. Y.Qoxa, 67 - M.Abbasov, 62. E.Mahmudov, 71-pen.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Baş məşqçi: Elmar Baxşıyev.

Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 17. Bruno Teluşi, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 28. Stiven Monroz, 9. Ahmed Ahmedov, 49. Rener Alves, 26. Ömər Buludov, 80. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə.
Baş məşqçi: Samir Abasov.

“Sabah” – “Səbail” 0:0
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Namiq Bəkirov.
Masazır. “Bank Respublika Arena”, 18:00.

Sabah: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 30. Mario Marina, 9. Xulio Sezar Rodriqez, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 14. Slavik Alxasov, 28. Kevin Kubemba, 3. Zurab Oçiqava, 72. Kamran Quliyev, 6. Şakir Seyidov, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov, 77. Veysəl Rzayev.
Baş məşqçi: Ramin Quliyev.

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 12. Şahin Zəkiyev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 29. Amil Yunanov, 9. Florian Kadriu, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.