Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. 

Biletləri oyunun keçiriləcəyi “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.

Qeyd edək ki, sabah baş tutacaq “Neftçi” – “Qəbələ” oyununa saat 17:00-da start veriləcək.