"Neftçi”nin "Qəbələ” ilə keçirəcəyi sınaq matçının vaxtı dəyişdirilib.

Rekord.az xəbər verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 14-də yox, 13-də baş tutacaq.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, buna Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması səbəb olub. "Bakcell Arena”da keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.

Qeyd edək ki, "Neftçi” hazırlıq çərçivəsindəki ilk sınaq oyununda dünən "Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib.