"Neftçi" "Qəbələ" önünə kapitansız çıxacaq
- 20 Noy 2020 17:00
- 648
Həftəsonu "Qəbələ" ilə qarşılaşacaq "Neftçi" ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, topuğunda ağrılar olan kapitan Emin Mahmudovun Qəbələ səfərində meydançaya çıxmayacağı dəqiqləşib.
Mahmudovun ayın sonuna kimi, "ağ qaraılar"a kömək edə bilməyəcəyi gözlənilir.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı noyabrın 22-də saat 14:00-da start götürəcək.