Azərbaycan Premyer Liqasında 12-ci turun oyun cədvəli məlum olub.

Rekord.az xəbər verir ki, lider “Qarabağ”ın “Sumqayıt”la oyunu noyabrın 22-də keçiriləcək. 

Turun maraqla gözlənilən qarşılaşması olan “Neftçi” – “Qəbələ” oyunu isə noyabrın 24-də olacaq və saat 17:00-da start götürəcək.

Azərbaycan Premyer Liqası
12-ci tur

22 noyabr

Sumqayıt – Qarabağ
Sumqayıt şəhər stadionu, 19:00

23 noyabr

Səbail – Sabah
“ASCO Arena”, 15:00

24 noyabr

Zirə – Keşlə
Zirə İdman Kompleksinin stadionu, 15:00

Neftçi – Qəbələ
8-ci km stadionu, 17:00