Yayda "Qəbələ"dən Voyislav Stankoviçlə Jozef Monozu heyətinə qatan "Neftçi" əyalət klubunun daha bir futboluçusuna elçi düşüb.

 

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Qismət Alıyevə dəvət göndərib.

 

 "Ağ-qaralar" 23 yaşlı yarımmüdafiəçiyə 3 illik müqavilə təklif edib. "Neftçi" Alıyevi qış fasiləsində heyətinə cəlb etməyə çalışacaq. (sportinfo.az)