"Neftçi" "Qəbələ"nin müdafiəçisinə 3 illik müqavilə təklif etdi?
- 19 Noy 2019 17:00
- 1559
"Neftçi" Qismət Alıyevdən sonra "Qəbələ"nin daha bir yetirməsi ilə danışıqlara başlayıb.
Rekord.az xəbər verir ki, bakılılar Amin Seydiyevə konkret dəvət göndərib. Müdafiəçiyə 3 illik müqavilə təklif olunub.
Maliyyə çatışmazlığı ilə üzləşən "Qəbələ" Amini satmağın lehinədir. "Ağ-qaralar" onu sıralarına qatmaq üçün əyalət təmsilçisinə hardasa 150 min manat ödəməlidir.
Ümumiyyətlə, "Neftçi" son ilyarımda "Qəbələ"nin "bulağından su içməsi" ilə yadda qalır. Baqali Dabo, Voislav Stankoviç və Stiven Monroz bu müddətdə bölgəni paytaxta dəyişib. (sportinfo.az)