"Neftçi" bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda Türkiyə Superliqası təmsilçilərindən “Alanyaspor”la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Qolları Höccət Haqverdi, Emin Mahmudov və Yuri Matias vurublar.

"Neftçi” Türkiyədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.