Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I dövrənin növbəti oyunu təşkil olunub. "Rekord.az" xəbər verir ki, III tur çərçivəsində “Neftçi "-“Exspress” matçı keçirilib.

"Murov" klubunun idman zalında təşkil olunan qarşılaşmada quru hesab qeydə alınıb. Görüşə 25:20 hesabı ilə qalib başlayan “Neftçi” komandası, ikinci hissədə də 15 xal fərqi ilə qalib gəlib - 25:10. Üçüncü set görüşdə soncu olub.  Bu setdə də  25:16 hesabı ilə qalib gələn “Neftçi” çempionatda ilk qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 4 görüş keçirilib. Bu matçlardan sonra “Ekspress” (3-3), “Neftçi” (4-3) , MOİK (4-4) və “Murov” (3-1) komandaları 3 xala malikdir, “Sərhədçi” nin (0-3) xalı isə yoxdur.

29 yanvar
Yüksək Liqa
III  tur
   “Neftçi” – “Exspress”  3:0 (25:20, 25:10, 25:16)