“Neftçi” PFK futbolçu Rauf Əliyevlə müqaviləyə birtərəfli şəkildə xitam verib.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Hücumçuya gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Rauf Əliyev bu mövsüm “Neftçi”nin heyətində 15 oyunda meydana çıxıb, 2 qola imza atıb.