"Neftçi" rəhbərliyi futbolçulardan maaşlarının azaldılmasını xahiş edir?
- 16 Apr 2020 11:00
- 785
«Neftçi» rəhbərliyi əsas komandanın futbolçularından güzəşt gözləyir.
Rekord.az xəbər verir ki, klub prezidenti Kamran Quliyev koronavirusun vurduğu ziyanın təsirini azaltmaq məqsədilə müəyyən tədbirlər görməyi qərara alıb. Prezidentin bir istəyi də oyunçuları müqavilə şərtlərinə yenidən baxmağa razı salmaqdır.
«Ağ-qaralar»ın bəzi nümayəndələri artıq komanda üzvləriylə bu haqda danışıqlara başlayıb. «Neftçi» başbilənlərinin əl-ayağa düşməsi anlaşılandır.
Premyer Liqaya 1 aydan artıqdır ara verilib. Virusa görə yaranmış fors-major vəziyyətin nə qədər davam edəcəyi naməlumdur. Böyük ehtimvlla, mövsümün qalan hissəsi mayın son ongünlüyündən tez başlamayacaq. (sportinfo.az)