«Neftçi»də məşqə çıxmaqdan imtina edən Namiq Ələsgərova xəbərdarlıq olunub.

Rekord.az xəbər verir ki, bu, həm klub rəhbərliyi, həm də baş məşqçi Samir Abasov tərəfindən onun nəzərinə çatdırılıb.

«Bursaspor»dan təklif alan, bu üzdən «ağ-qaralar»la müqaviləsini pozmaq istəyən yarımmüdafiəçi komandanın hazırlıq prosesinə qatılmasa, yüksək məbləğdə cəriməyə məruz qalacaq.

Habelə onunla bağlı öncə AFFA-ya, sonra FİFA-ya müraciət olunacaq.

Premyer Liqanın ötən mövsümünün bombardiri HİK-lə Avropa Liqasıının III təsnifat mərhələsinin cavab oyununa yollanmasa, barəsində intizam tədbiri görüləcək. (sportinfo.az)