![photo](https://www.rekord.az/storage/uploads/4/rovsen-9.jpg)
"Neftçi" rəhbərliyindən böyük mükafat vədi
- 31 İyl 2023 13:00
- 751
Bu həftə Konfrans Liqasının II mərhələsinin cavab matçı çərçivəsində "Jelezniçar"la üz-üzə gələcək "Neftçi" rəhbərliyi qələbə üçün futbolçulara böyük mükafat vəd edib.
Rekord.az-a daxil olan məlumata görə, konkret rəqəm açıqlanmasa da, bunun son dönənlər qoyulan mükafatlar arasında ən yüksək məbləğlərdən biri olduğu deyilir.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun 2:2 hesabı ilə bitib.