"Neftçi" rəhbərliyindən maaşının artırılmasını tələb edir
- 05 Avq 2021 18:00
- 1135
“Neftçi”nin qvineyalı legioneri Mamadu Kane ilə rəhbərlik arasında ciddi fikir ayrılığı yaranıb.
Rekord.az xəbər verir ki, yarımmüdafiəçi növbəti dəfə maaşının artırılması tələbini irəli sürüb.
1997-ci il təvəllüdlü afrikalı indi 10 min dolların üstündə əməkhaqqı istəyir. Kane bir sıra ölkələrdən təkliflər aldığını, əvvəlki şərtlərlə burada qalmağın ona sərf etmədiyini bildirib.
2018-ci ildən “Neftçi”nin şərəfini qoruyan Qvineya yığmasının üzvü Türkiyə başda olmaqla, Avropa klublarından dəvətlər gəldiyini söyləyib. (sportinfo.az)