Avropa Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq “Neftçi” heyətini gücləndirməkdə davam edir.

Rekord.az xəbər verir ki, Bakı klubu hücum xəttinə şimali makedoniyalı hücumçu gətirmək istəyir.

“Ağ qaralar” son mövsümü Rumıniyanın “Voluntari” klubunda keçirmiş Marko Simonovski ilə danışıqlar aparır. Aylıq 7 min dollar maaş istəyən futbolçu ilə son şərtlər müzakirə olunur.

Bütün məsələlərdə razılıq əldə olunsa, Simonovski Avropa Liqasında həmyerlilərinə qarşı “Neftçi”nin heyətində mübarizə aparacaq. (futbolinfo.az)