Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” oyununa giriş sərbəst olacaq.

Rekord.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Avqustun 18-də, saat 20:30-da “Liv Bona Dea Arena”da baş tutacaq oyunu izləmək istəyən azarkeşlər bilet almadan tribunalarda yer tuta biləcəklər.

“Neftçi Arena”nın ot örtüyünün yararsız hala düşməsi səbəbindən "Neftçi" - "Sabah" görüşünün yeri dəyişdirilib.