Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Rekord.az xəbər verir ki, günün yeganə matçında “Sabah” və “Neftçi”nin əvəzedici komandaları üz-üzə gəlib.

Binə qəsəbə stadionunda baş tutan görüşün taleyini iki cavabsız qol həll edib. “Neftçi”nin ikinci komandası bu oyundan qalib ayrılıb.

Bu qələbədən sonra “Neftçi”nin əvəzediciləri 52 xalla zirvədə qərarlaşıb. Bu komandanı 49 xala malik “Zaqatala” və 46 xallıq “Turan Tovuz” izləyir.

Birinci Divizion
18-ci turun oyunu
20 aprel

Sabah-2 – Neftçi-2 0:2
Qol: Vüsal Əsgərov, 32. Famil Camalov, 74.
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Namiq Bəkirov.
Binə qəsəbə stadionu, 15:30.