Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Sumqayıt” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.

Günün digər matçı “Neftçi” ilə “Sabah” arasında baş tutub. Bu görüşdə isə qonaqlar qələbə qazanıblar.

Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Zirə” – “Səbail” matçında qalib müəyyənləşməyib – 2:2. “Turan Tovuz” isə evdə “Kəpəz”ə 4 cavabsız qolla qalib gəlib. “Araz-Naxçıvan” – “Qarabağ” görüşü sabah keçiriləcək.

Misli Premyer Liqası
11-ci tur

29 oktyabr

“Sumqayıt” – “Qəbələ” 0:0
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev
“Kapital Bank Arena”, 16:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

“Neftçi” – “Sabah” 0:1
Qol: Boyan Letiç, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev.
“Neftçi Arena”, 18:30.

Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k), 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 27. Fərid Yusifli, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov.
Məşqçi: Artur Olenin.