Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyunu Şamaxıda keçirilib. Burada artıq tarixin yaddaşına qovuşan “Keşlə” yeni adı (“Şamaxı”) ilə “Neftçi”ni qəbul edib. Hesabı meydan sahiblərinin açdığı matçda qələbəni qonaqlar bayram ediblər.

Günün digər qarşılaşması isə “Sabah” və “Zirə” komandaları arasında baş tutub. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Azərbaycan Premyer Liqası
22-ci tur

9 aprel

“Şamaxı” – “Neftçi” 1:2
Qol: R.Hacıyev, 10 – T.Bezerra, 60. R.Maçado, 72.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Şamaxı şəhər stadionu, 14:00.

Şamaxı: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 77. Merab Giqauri, 72. Aldair Neto, 6. Franko Flores, 9. Natan Oduva, 14. Turan Vəlizadə, 95. Rəhman Daşdəmirov
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 20. Rail Məlikov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 22. Elçin Mustafayev, 13. Pərviz Azadov, 88. Fuad Bayramov, 74. Kamal Kazımov
Baş məşqçi: Sənan Qurbanov

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mert Çelik, 27. Fərid Yusifli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 24. Yusuf Laval, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov

“Sabah” – “Zirə” 3:1
Qol: Z.Oçiqava, 40. C.L.Mikels, 58. X.S.Rodriqes, 90+5 – H.Keyta, 48.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Masazır. “Bank Respublika Arena”, 17:00.

Sabah: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rüstəm Samiqullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodriqes, 26. Tiemoko Fofana, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 99. Hiqor Qabriel, 29. Ceyhun Nuriyev, 66. Abdulla Xaybulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.

Zirə: 41. Anar Nəzirov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.