![photo](https://www.rekord.az/storage/uploads/4/baksell-1.jpg)
"Neftçi" satışa niyə az bilet çıxarıb?
- 31 İyl 2023 14:00
- 1782
Məlum olduğu kimi, 3 gündən sonra oynanılacaq "Neftçi" - "Jelezniçar" matçının biletləri artıq satışa çıxarılıb və 3 gündür ki, satışlar davam edib.
Rekord.az xəbər verir ki, ümumilikdə satışa 8500 min bilet çıxarılıb ki, bunun da təxminən 3500-nün satıldığı deyilir.
Maraqlı məsələ 11 minlik 8 km stadionu üçün niyə 8500 min biletin satışa çıxarılmasıdır. Əldə etdiyimiz məlumata görə, "Neftçi" rəhbərliyi qonaq azarkeşləri üçün nəzərdə tutulan sektorlara bilet satmır. Amma staionun qonaqlar üçün ayrılan faiz nisbətini nəzərə alsaq bu say 3 min etmir. "Neftçi" 11 minlik stadion üçün qonaqlara maksimum 500-100 nəfər arası yer ayıra bilər. Görünür bizim bilmdiyimiz səbəblərdən "Neftçi" satışa 8500 bilet çıxarmağı məqbul bilib.