Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli müəyyənləşib.

Rekord.az xəbər verir ki, “Bakcell Arena”da aparılan renovasiya işləri ilə əlaqədar olaraq “Neftçi” klubunun rəsmi müraciəti, “Səbail” klubunun razılığı ilə VI turun oyunu “Səbail” – “Neftçi”, XII turun oyunu “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.

Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
VI tur

1 oktyabr

18:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu.

2 oktyabr

17:00. “Keşlə” – “Sabah”
Bakı. “ASK Arena”.

19:15. “Səbail” – “Neftçi”
Bakı. “ASCO Arena”.

3 oktyabr

19:00. “Qarabağ” – “Qəbələ”
Bakı. “Azersun Arena”.