Azərbaycan Basketbol Liqasında XXV turun növbəti oyunu keçirilib.

Rekord.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində yerli “Olimpik Şəki” “Neftçi” ilə qarşılaşıb.

Görüşün üçüncü dövrəsində rəqibinə heç bir şans verməyən Bakı təmsilçisi 112:78 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Davante Kuper (27 xal, 9 ribaund), “Neftçi”dən isə Yuri Kondrakov (39 xal, 9 asist) olublar.

Turun açılış matçında “Sabah” “Gəncə”yə 87:84 hesabı ilə qalib gəlib. Turun digər oyunları aprelin 10-da və 11-də keçiriləcək.