Azərbacan Basketbol Liqasında 12-ci tur başa çatıb.

Rekord.az xəbər verir ki, sonuncu matçda "Neftçi" "Şəki"nin qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 72:65.

Xallarının sayını 20-yə çatdıran "Neftçi" 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 15 xalla 9-cu yerdədir.

12-ci turda "Xəzri" "Cəlilabad"ı (100:81), "Xırdalan" "Sabah"ı (107:103), "Sərhədçi" "Sumqayıt"ı (91:63), "NTD-İndiqo" "Gəncə"ni (94:80) məğlub edib.