“Neftçi” legioner qapıçı axtarışına çıxdı.

Rekord.az-a daxil olan məlumata görə, rəhbərlik və baş məşqçi Samir Abasov qarşıdan gələn avrokubokları nəzərə alaraq bu axtarışa çıxıb.

Düzdür, hazırda kluba iki təcrübəli qapıçı var: Aqil Məmmədov və Səlahət Ağayev. Bununla belə, rəhbərlik və məşqçilər korpusu Avropada daha yaxşı çıxış etmək üçün daha bir səviyyəli, güclü qapıçıya ehtiyac duyur.

Daxil olan son məlumata görə, "ağ qaralar" artıq Serbiyadan olan bir neçə qapıçını gözaltı edib. Samir Abasovun bu ölkənin futbol dairələri, menecerləri ilə yaxşı əlaqəsi var və deyilənə görə, həmin qapıçıları da bu əlaqələri sayəsində tapıb. Amma hələ konkret hansısa bəyənmə, danışıq məsələsi yoxdur. Sadəcə, seçim edilir.