Hələ yayda “Neftçi”nin “Voluntari” klubunun futbolçusu Marko Simonovski ilə danışıqlar apardığı haqda məlumat vermişdik.

Lakin Rekord.az xəbər verir ki, son anda tərəflər razılaşa bilmədi.

“Ağ qaralar” yanvarda yenidən Simonovskini ilə danışıqlar aparmağı düşünürdü. Aldığımız son məlumata görə, futbolçu haqda yeni baş məşqçi Samir Abasova məlumat verilib. Danışıqların yenidən başlayıb-başlamayacğı Abasovun rəyindən asılı olacaq.