“Neftçi” “Sumqayıt”ın futbolçusundan niyə imtina etdi?
- 23 İyn 2020 12:00
- 1464
“Neftçi” “Sumqayıt”ın futbolçusu Əmir Ağayevin transferindən imtinma edib. Halbuki, “ağ qaralar” bu transferdə yetərincə ciddi idi.
Rekord.az-a daxil olan məlumata görə, Əmirin milliləşdirilməsi məsələsi gündəmdə idi.
İsrail vətəndaşı olan bu futbolçuya Azərbaycan pasportu verilməli və o, milliyə çağırılmalı idi. Təbii ki, bu zaman yerli futbolçu statusu daşıyacaqdı ki, bu da “Neftçi”nin işinə yarayacaqdı. Lakin sonradan məlum oldu ki, Ağayevin milliləşdirilməsi məsələsi baş tutmayacaq. Bizdə olan məlumata görə, futbolçu özü də son zamanlar bu məsələyə isti baxmırdı. Halbuki Azərbaycana gəlişində əsas şirnikləşdirici məqam millidə oynamaq idi. Görünür sonradan fikirlərində dəyişiklik oldu. Təbii ki, belə olan halda “Neftçi” Əmiri legioner kimi transfer etməli idi ki, bu8 da bakılılara sərf etmirdi. Çünki legioner kimi, Əmirdən daha səviyyəli futbolçu almaq olar.