"Neftçi" tək Mpenzaya görə yox, ona görə də illərdi təzminat ödəyib ÖZƏL!
- 16 İyn 2021 13:00
- 1097
Emil Mpenza ilə "Neftçi" arasında yaşanan məlum təzminat davası haqda çoxunuz xəbərdarsınız. Məlum olduğu kimi, sabiq klub rəhbrəliyinin diqqətsizliyi icbatından növbəti rəhbərlik illərdi futbolçuya borc ödəyib. Özü də nə az, nə çox, hardasa 1 milyon dollara yaxın vəsait.
Rekord.az-ın əldə etdiyi məlumata görə, sabiq rəhbərliyin dövründə tək Mpenza ilə bağlı problem yaşanmayıb.
Sən demə, türkiyəli futbolçu Ali Cansunla bağlı da analoji problem yaşanıb. Maaşını vaxtında ala bilməyən Cansun da kluba qarşı dava açıb və yekunda "Neftçi" sabiq "Beşiktaş"lıya da illərcə təzminat ödəməli olub. Məbləğ isə təxminən 400 min avro olub.
Qeyd edək ki, Cansun 2008-09-cu illərdə "Neftçi"nin şərəfini qoruyub.