"Neftçi"nin büdcə məsələsinə ilin sonunda baxılacaq.

Rekord.az-a daxil olan məlumata görə, neftin qiymətindəki qeyri-stabillik klun büdcəsinə də təsir edə bilər.

Düzdür, söhbət növbəti mövsümdən gedir. Çünki bu mövsüm üçün büdcə ötən ildən təsdiqlənib. Növbəti mövsüm üçün büdcəyə isə ilin sonunda baxılacaq. Hər şey neftin qiymətinə görə olacaq. Bununla belə, klub rəhbərliyinə tapşırılıb ki, yay dönəmindəki transfer çalışmalarında diqqətli olsunlar, çox böyük xərc tələb edən transferlərə qol qoymasınlar.