“Neftçi” klubu növbəti mövsümdə də Türk Hava Yolları ilə tərəfdaşlığını davam etdirəcək.

Rekord.az-a daxil olan məlumata görə, tərəflər arasında ilkin razılıq əldə edilib.

Lakin durum əvvəlki illərdən fərqli olacaq. Pandemiya səbəbindən dünyada turizm sektorunun xeyli zəifləməsi bu tərəfdaşlıqda da öz sözünü deyəcək. Belə ki, türk şirkəti “Neftçi”yə ayıracağı maliyyə yardımını iki dəfəyədək azaltmağa qərar verib.