“Neftçi” Türkiyə toplanışına start verdi
- 04 Yan 2024 22:23
- 323
“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib.
Rekord.az xəbər verir ki, “Gloria Sport Arena”da keçirilən və baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi altında baş tutan ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər.
Premyer Liqanın 18-ci turunda “Kəpəz”lə oyunda zədələnən Reziuan Mirzov hələlik müalicəsini davam etdirir. Komandanın daha 3 üzvü – Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində komandaya qoşulacaqlar.
“Neftçi” yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində ilk yoxlama oyununu ayın 6-da Türkiyənin “Ərzurumspor” klubuna qarşı keçirəcək. Yanvarın 13-nə nəzərdə tutulan digər sınaq matçındakı rəqib isə müəyyənləşməyib.