Hazırda Qəbələdə olan “Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini ölkə xaricində keçmək istəyir.

 

Rekord.az-a daxil olan məlumata görə, “ağ-qaralar” Türkiyəyə getmək istəyir.

 

Rəhbərlik avqustun 5-də Operativ Qərargahın verəcəyi qərarı gözləyir. Əgər yumşalma olsa, “Neftçi” çarter reysi ilə qonşu ölkəyə getməyi planlaşdırır.